Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Bizdən qeyrət umur Vətən" - nikbin ruhlu şairin çağırışı

0

  •          Xocalının tanınmış yazıçısı, şair-publisist Allahyar Xocalının yeni kitabı işıq özü görüb. Sayca üçüncü olan şairin kitabında doğma yurd həsrətli, birliyə, döyüşə səsləyən şeirləri yer alıb. Müəllifin "Bizdən qeyrət umur Vətən" adlı yeni kitabı da, əvvəlki kitabları kimi oxucular tərəfindən rəğbətlə qarşılanacağı gözlənilir.
            Qeyd edək ki, Quliyev Allahyar Allahverdi oğlu 1946-cı ilin fevral ayının 3-də Qarabağın Xocalı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Xocalı səkkizillik məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta məktəbi 1964-cü ildə Bakı şəhərində bitirmişdir. 1966-1969-cu illərdə Ukraynada hərbi xidmətdə olmuşdur.
            1974-cü ildə Xankəndi Dövlət Pedaqoji İnstitutuna qəbul olmuş, 1979-cu ildə həmin institutun ibtidai sinif müəllimi fakultəsini bitirmişdir. Qarabağın bir neçə kəndlərində şərəfli müəllimlik peşəsini yerinə yetirmişdir.
            1993-1997-ci illərdə Xocalı şəhər icra nümayəndəsi vəzifəsində işləmişdir. 1966-cı ildən mərkəzi dövrü mətbuatda şer və məqalələrlə çıxış etməyə başlamışdır. Xocalı faciəsinin dəhşətlərindən bəhs edən "Vətən ağrısı, torpaq yanğısı" və "Xocalı soyqırımının qurbanları" kitablarının müəllifidir. Uzun müddət "Xocalının səsi" qəzetində ştatdankənar müxtəlif vəzifələrdə çalışmışdır.
            18 sentyabr 1988-ci ildə erməni birləşmələrindən ibarət 366-cı alayın Xocalıya hücumu zamanı şəhərin müdafiəsində əsil döyüşçü kimi vuruşmuşdur.
             Allahyar Xocalı hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xocalılar üçün salınmış qəsəbədə müvəqqəti məskunlaşıb. Ürəyində Qarabağ nisgili, gözlərində dədə-baba torpaqlarının intizarı olan şairin vətənpərvərlik ruhu, şairlik istedadı, sözə və şeirə vurğunluğu onun övladlarına da keçmişdir. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib41 dəfə
    "Bizdən qeyrət umur Vətən" nikbin ruhlu şairin çağırışı

    Maraqlı gələ bilər
    47
    0